İki rayonda zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon manat ayrılıb
15.11.2019 14:28 Rəsmi

İki rayonda zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon manat ayrılıb

Mediapost.az xəbər verir ki, sərəncamla zəlzələ nəticəsində Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Dövlət başçısının digər sərəncamıilə zəlzələ nəticəsində Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Xəbərlər departamenti

Gündəm