İki rayonun icra başçısı dəyişdirilib - SƏRƏNCAM
20.11.2019 11:25 Rəsmi

İki rayonun icra başçısı dəyişdirilib - SƏRƏNCAM

Mediapost.az xəbər verir ki, sərəncama əsasən, Rafil İsrafil oğlu Hüseynov vəzifəsindən azad olunub.

Prezident həmçinin Şahin Kərim oğlu Məmmədovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə onun əvəzinə Rafil İsrafil oğlu Hüseynov təyin olunub.

Prezident İlham Əliyev eyni zamanda Şahin Məmmədovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Xəbərlər departamenti

Gündəm