İkimərtəbəli evdə yanğın olub
13.04.2020 07:08

İkimərtəbəli evdə yanğın olub

Ağcabədi rayonunun Aşağı Avşar kəndində yanğın baş verib.

"MediaPost" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 392 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsində, mətbəxdə ev əşyaları 6 m² sahədə yanıb. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər departamenti

Gündəm