İlham Əliyev “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşdü
14.02.2020 16:34 Rəsmi

İlham Əliyev “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşdü

"MediaPost" xəbər verir ki, görüşdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz siyasi, iqtisadi-ticari və digər sahələrdə yaxşı əməkdaşlıq edirlər, hökumətlərarası komissiya səmərəli fəaliyyət göstərir.

Görüşdə vurğulanıb ki, İtaliya şirkətləri Azərbaycanda icra olunan layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər.

Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.


Xəbərlər departamenti

Gündəm