İlin sonuna qədər 1000-ə qədər insana özünün biznesini yaratmağa dəstək olunacaq
15.04.2020 09:32 İqtisadiyyat

İlin sonuna qədər 1000-ə qədər insana özünün biznesini yaratmağa dəstək olunacaq

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank, Banklar Assosiasiyası üçtərəfli memorandum imzalamışıq və artıq bu proqrama start verilib. Düşünürük ki, bank sektoru tərəfindən, Mərkəzi Bank tərəfindən ilin sonuna qədər 1000-ə qədər insana özünün mikro biznesini yaratmağa dəstək veriləcək və bu təşəbbüs daimi xarakter daşıyacaq və bu işlər davamlı görüləcək"

"MediaPost" xəbər verir ki, bunu, Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

"Mart ayının birinci ongünlüyündə bütövlükdə pandemiya, karantin tədbirləri və OPEC sazişlərinin uğursuzluğu təbii ki, bizim əsas maliyyə bazarlarımıza, valyuta bazarımıza ciddi təsir göstərdi. Həmişə olduğu kimi, xüsusilə də nağd pul sahibləri tərəfindən ajiotaj, dollarizasiya problemləri başladı və bir çox ciddi pik tələblərlə rastlaşdıq. Lakin vaxtında görülən tədbirlər nəticəsində artıq situasiya normallaşıb. Demək olar ki, situasiya martın əvvəllərində, yaxud ilin əvvəlində olduğu səviyyəyə çatıb və bu istiqamətdə işlərimizi davam etdiririk" - deyə Elman Rüstəmov bildirib.

Xəbərlər departamenti

Gündəm