"İlk sevgim oğlumun atası olub" - Röya
19.03.2021 11:16 Şou-biznes

"İlk sevgim oğlumun atası olub" - Röya

Xalq artisti Röya Ayxan MTV-yə müsahibə verib.

"MediPost" xəbər verir ki, sənətçi yeni işıq üzü görən “Sənə qədər” mahnısı və ilk sevgisi barədə söz açıb:

“Hansısa mahnını ifa edəndə elə düşünürlər ki, kiməsə həsr etmişəm, öz həyatımdan oxumuşam.  Xeyr, belə deyil. 17 yaşımda “Söylə”ni oxumuşam. O vaxt sevgi barədə o qədər də anlayışım yox idi.  İlk sevgim oğlumun atasına (iş adamı Anar Cəlilov- red.) olub.
Bir qadın kişini çox sevməlidir ki, ondan övlad dünyaya gətirsin. “Sənə qədər” mahnısını sevib övlad dünyaya gətirən qadınlar üçün oxumuşam”.

R.Ayxan pandemiya şəraitindən gileylənməməsi barədə də danışıb:

“Hər şeyi qəbullanan insanam. Az varsa, az yeyəcəm. Beş ildir ki, bir ev tikirəm, -əksəriyyəti bir ilə bitirir, - nazıyla oynayıram, bəzən ustadan küsüb tikintini dayandırıram. Evimdəki bir pilləkəni 8 dəfə sökdürmüşəm”.

Müğənni ona söz atan həmkarlarına da cavab verib:

“Onlar mən olan yerdə deyillər, balacalarla işim yoxdur. Əlindən tutub gətirdiyim qızlar, oğlanlar, mən sizə ancaq qapı aça bilərəm. Üzünü mənə tutan hər bir insana qapımı açaram. Ancaq nələrsə danışanlar bilsinlər ki, onları görmədiyim üçün cavab vermirəm, yanımda yoxdurlar. Ancaq gördüklərimə cavab verirəm”.

Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan, lakin təxirə salınan 4 günlük “Nazlı” adlı konsertindən də söz açıb:

“Pandemiyadan sonra konsertlərim mütləq olacaq. Biletini qaytarmaq istəyə də bilərlər. Mən hər gün üçün 80 min manat vermişəm. İşıq, arenda və s… Ümumi 300 min ödəmişəm. Bu konserti etməliyəm. Narahat olmayın, daha da möhtəşəm bir şəkildə baş tutacaq”.

Pərviz Hüseyn

Gündəm