İlon Mask 1 gündə 14 milyard dollar itirdi
26.02.2021 15:57 Dünya

İlon Mask 1 gündə 14 milyard dollar itirdi

"Tesla" və "SpaceX"in rəhbəri İlon Maskın sərvəti "Tesla"nın səhmlərinin ucuzlaşması səbəbilə 14 milyard dollar azalıb. 

"MediaPost" "Bloomberg"ə istinadən xəbər verir ki, şirkətin səhmləri 8.06% azalıb.

Qeyd edək ki, Mask 176 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanları siyahısında ikinci pillədə qərarlaşıb. 

 

 

Anara Mikail

Gündəm