İlon Maskdan COVID-19 testləri ilə bağlı "saxta" iddiası
13.11.2020 14:42 Dünya

İlon Maskdan COVID-19 testləri ilə bağlı "saxta" iddiası

"Bu gün etdirdiyim koronavirus testlərin nəticəsi həm müsbət, həm mənfi çıxdı".

"MediaPost" xəbər verir ki, bu barədə "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask "Twitter" hesabında paylaşım edib.

"Ortada böyük bir saxtakarlıq var. Bu gün 4 dəfə COVID-19 üçün test verdim. 2-si pozitiv, 2-si neqativ çıxdı. Eyni cihaz, eyni test, eyni tibb bacısı. BD-nin (Becton Dickinson) sürətli antigen testləri", - deyə Mask qeyd edib. 

Tibbi texnologiya şirkəti olan "Becton Dickinson" məsələ ilə bağlı açıqlama verməyib.

 

Anara Mikail

Gündəm