İmamoğlunun Ərdoğana məktubunda diqqət çəkən məqam: “Prezidentim...”
17.01.2020 08:42 Xarici siyasət

İmamoğlunun Ərdoğana məktubunda diqqət çəkən məqam: “Prezidentim...”

"MediaPost" xəbər verir ki, İmamoğlunun məktubda Rəcəb Tayyib Ərdoğana “Prezidentim” deyə müraciət etməsi Türkiyə mətbuatında müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, İstanbul Kanalı layihəsi ilə bağlı təşkil edilən proqramda İstanbul Bələdiyyə Başçısı və prezident iştirak edib. İmamoğlu tədbirdə prezidentə sözügedən məktubu təqdim edib.

Məktubda prezidentdən 23 iyundan bu günə kimi hökumət ilə İstanbul Bələdiyyə Başçısı arasında münasibətlərin normallaşmaması səbəblərinin müzakirəsi istənilib. İmamoğlu eyni zamanda son günlərdə nazirlərin bu müddəti "yalan ifadələrlə manipulasiya etdiyini" qeyd edib.

Xatırladaq ki, Qaradəniz və Mərmərə dənizini bir-birinə bağlayacaq Türkiyənin “Kanal İstanbul” layihəsinin həyata keçirilməsi məqsədilə 2011-2019-cu illər arasında ölkənin 200-ə yaxın mütəxəssisi 33 elmi sahə üzrə araşdırma aparıb.

Aparılan araşdırmalar zamanı ölkənin 304 nöqtəsində isə 17 min metr dərinliyədək qazma işləri görülüb.

Aynur Ələkbər / "MediaPost"

Xəbərlər departamenti

Gündəm