İmişli sakini bacısını döydüyünə görə yezinəsini bıçaqlayıb
18.04.2020 08:34 Kriminal

İmişli sakini bacısını döydüyünə görə yezinəsini bıçaqlayıb

"MediaPost" xəbər verir ki, hadisə rayonun Yuxarı Qaralar kəndində qeydə alınıb.

Şəhər sakini, 1998-ci il təvəllüdlü Ələkbərli Əli Bakir oğlu yeznəsi 1990-cı il təvəllüdlü Məmmədov Cavid Ayət oğlu ilə mübahisə edib.

Mübahisə C.Məmmədovun mütəmadi olaraq arvadını döyməsi üstündə baş verib. Bacısının döyüldüyünə görə Ə.Ələkbərli C.Məmmədovu evində bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Ələkbərli tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlayıb.

Xəbərlər departamenti

Gündəm