İmişlidə bir nəfəri öldürüb, digərini yaralayan şəxs kimdir?
12.08.2020 08:04 Gündəm Kriminal

İmişlidə bir nəfəri öldürüb, digərini yaralayan şəxs kimdir?

İmişli rayonunda bir nəfərin ölümü, bir nəfərin ağır yaralanması ilə bağlı rəsmi açıqlama yayılıb.

Rayon prokurorluğundan “MediaPost”a verilən məlumata görə, avqustun 11-də saat 21 radələrində İmişli rayonu, Göbəktala kəndi ərazisində 1985-ci il təvəllüdlü Amid Əmirahov öldürülüb, 1990-cı il təvəllüdlü Səbuhi Əmirahov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalarla İmişli rayon sakini 1984-cü il təvəllüdlü Pünhan Hüseynovun həmin gün saat 20 radələrində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Səbuhi Əmirahova bıçaqla xəsarətlər yetirib qəsdən öldürməyə cəhd etməsinə, sonuncunun qohumu Amid Əmiraslanova isə bıçaqla bədən xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Pünhan Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbərlər şöbəsi

Gündəm