İmişlidə yaşayış binasında yanğın baş verdi
11.02.2020 19:30 Hadisə

İmişlidə yaşayış binasında yanğın baş verdi

İmişli rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər departamenti

Gündəm