İmpiçment qərarı Trampın taleyinə necə təsir edəcək? - ŞƏRH
Mediapost.az xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlu ABŞ Konqresinin Nümayəndələr Palatasının səs çoxluğu ilə prezident Donald Trampa qarşı impiçment proseduruna başlamağa qərar verməsinə münasibət bildirib.
"Bu qərar Senatda təsdiq olunmalıdır. Trampın bəxti onda gətirib ki, üzvü olduğu Respublikaçılar Partiyası Senatda çoxluqdadır, əksi olsaydı Ağ
Onun sözlərinə görə, Respublikaçılar Partiyasının Nümayəndələr Palatasında demokratlara qarşı müqaviməti və prezidenti hücumlardan qorumağa çalışması, o cümlədən Senatdakı səsvermədə Ağ Ev sahibini dəstəkləyəcəyi Donald Trampı partiyasına daha çox bağlayacaq:
"ABŞ prezidenti partiyasına borclu qalmış olacaq və əgər ikinci dəfə prezident seçilərsə, təyinatları partiyasının başında dayanan şəxslərlə razılaşdırmalı olacaq. Demokratlar Partiyasının Trampa qarşı səlib yürüşünə başlaması amerikalıların bir qisminin xoşuna gəlməyib, Ağ Ev sahibinin reytinqi bir az artıb".