“İndi ailə qursaydım, dünyaya övlad gətirməzdim” - Nura - <span>VİDEO</span>
18.02.2021 11:23 Şou-biznes

“İndi ailə qursaydım, dünyaya övlad gətirməzdim” - Nura - VİDEO

“Yaşım az olsaydı, indi ailə qursaydım, bu dünyaya övlad gətirməzdim. Hazırda gördüyüm, bügünkü dünyaya bir insan bəxş etməyə qıymazdım”.

“MediaPost” xəbər verir ki, bu sözləri müğənni Nura Suri MTV Azərbaycan-da yayımlanan “10-da görüşək” verilişində deyib.

“Övladlarıma da onu demişəm, başa salmışam. Tutaq ki, mən valideyn olmaq istəyirəm deyə, dünyaya övlad gətirirəm. Amma o insanın bundan sonrakı həyatı necə olacağı barədə çox götür-qoy etmək lazımdı. Yəni ki, bugünkü gün yüz ölçüb, bir biçmək lazımdır. Tam hazır olduqdan sonra dünyaya uşaq gətirmək olar”, - deyə Nura bildirib.

 

Pərviz Hüseyn

Gündəm