İndoneziyada təyyarənin düşdüyü bölgədə axtarış işləri davam edir
14.01.2021 15:23 Dünya

İndoneziyada təyyarənin düşdüyü bölgədə axtarış işləri davam edir

İndoneziyada 9 yanvarda Laki və Lankanq adası arasındakı bölgəyə düşən sərnişin təyyarəsi ilə bağlı axtarış işləri davam edir.

"MediaPost" xəbər verir ki, axtarış-xilasetmə əməkdaşları bu gün aparılan işlərdə cəsəd hissələri ilə təyyarə qalıntılarını paytaxt Cakartada liman bölgəsində yaradılan böhran mərkəzinə gətirib.

Araşdırma əməliyyatında 4.100 işçi heyəti, 53 gəmi, 18 qayıq və 13 helikopter iştirak edir. 

 

Anara Mikail

Gündəm