İngiltərədə COVID-19 qurbanlarının sayı 100 mini ötüb
27.01.2021 11:21 Dünya

İngiltərədə COVID-19 qurbanlarının sayı 100 mini ötüb

İngiltərədə COVID-19 səbəbilə həyatını itirənlərin sayı 100 mini ötüb.

"MediaPost" "The Sun"a istinadən xəbər verir ki, ölkənin Baş naziri Boris Conson bu səbəblə mətbuat konfransı keçirib.

"Hökumət olaraq atılan addımların bütün məsuliyyətini qəbul edirik. Həqiqətən edə biləcəyimiz hər şeyi etdik. Həyatını itirən hər həyat üçün çox təəssüf edirəm", - deyə Conson qeyd edib.

Məlumat üçün bildirək ki, Birləşmiş Krallıqda COVID-19 nəticəsində 100.162 nəfər ölüb, 3.689.746 nəfər virusa yoluxub.

 

Anara Mikail

Gündəm