İngiltərədə koronavirus qaydalarına əməl etməyənlərə rekord pul cəzası
21.09.2020 11:16 Dünya

İngiltərədə koronavirus qaydalarına əməl etməyənlərə rekord pul cəzası

İngiltərədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində test nəticəsi müsbət çıxanlara tətbiq edilən karantinə əməl etməyənlərə pul cəzası veriləcək.

"MediaPost" xəbər verir ki, cəzanın məbləği 10 min sterlinq (22 min azn) dəyərində olacaq. Belə ki, karantin qaydasını ilk dəfə pozanlara 1000 sterlinq pul cəzası veriləcəyi, pozuntuların davam edəcəyi təqdirdə məbləğin 10 min sterlinqə qədər çıxacağı qeyd olunub. 

28 sentyabr tarixində qüvvəyə minəcək qaydanın Şotlandiya, Qaller və Şimali İrlandiyada da tətbiq ediləcəyi düşünülür. Səhiyyə naziri Met Henkok açıqlamasında hər kəsin qaydalara əməl edəcəyi təqdirdə ölkə miqyasında küçəyə çıxma qadağasına ehtiyac olmayacağını söyləyib.

Digər tərəfdən Baş nazir Boris Consonun da 22 sentyabrda yeni tədbirlərlə bağlı açıqlama verməsi gözlənilir. 

 

Anara Mikail

Gündəm