İngiltərədə koronavirusdan ölənlərin sayı 20 mini ötdü
25.04.2020 18:03 Dünya

İngiltərədə koronavirusdan ölənlərin sayı 20 mini ötdü

İngiltərədə son sutka ərzində COVID -19-dan 813 nəfər həyatını itirib.

"MediaPost" xəbər verir ki, bununla da ölkədə virus səbəbi ilə həyatını itirənlərin sayı 20 319 nəfərə yüksəlib.

Ölkənin səhiyyə nazirliyinin açıqlamasına görə, koronavirusa yoluxanların sayı 148 377 nəfərə çatıb.

Sutka ərzində 23 115 insan COVID -19 testindən keçib.

Məlumat üçün bildirək ki, İngiltərə kral taxt-tacının vəliəhdi, Uels şahzadəsi Çarlz və ölkənin baş naziri Boris Consonda da koronavirus aşkar edilmişdi. Baş nazir Conson hətta vəziyyətinin ağırlaşması səbəbindən reanimasiyaya yerləşdirilmişdi.

Lakin aprel ayının 12-də baş nazir müalicə olunaraq xəstəxanadan evə buraxıldı. Şahzadə Çarlz isə ev şəraitində müalicə olunduğundan onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmadı.

Xəbərlər departamenti

Gündəm