İnsan gücünü 20 dəfə artıran ekzoskelet yaradılıb - VİDEO
12.12.2019 12:37

İnsan gücünü 20 dəfə artıran ekzoskelet yaradılıb - VİDEO

Mediapost.az "ICTnews"a istinadən xəbər verir ki, şirkət ekzoskeletin yaradılmasına bir neçə il sərf edib. Massiv konstruksiya kəmər və xüsusi jilet vasitəsilə insana bərkidildikdən sonra robot insanın hərəkətlərini təkrarlamağa başlayır. Mütəxəssislərin sözlərinə görə, robot və insan arasında səylərin nisbəti 20:1 təşkil edə bilər. "Guardian XO" elektromotorlar vasitəsilə hərəkətə gətirilən çoxlu bölmələrdən ibarətdir. Onların işi həm mexaniki, həm də proqram baxımından məhdudlaşdırılıb.

Robotun əl-ayaqlarındakı qarmaqları görülən işdən asılı olaraq dəyişdirmək mümkündür. Robotun akkumulyatorunun işləmə müddəti 2 saata bərabərdir. Zərurət yarandıqda batareyanı asanlıqla əvəzləmək olar. İş prosesi zamanı enerji kəsiləndə isə robotun əlləri qəflətən yox, yavaş-yavaş aşağı salınacaq.

"Sarcos Robotics" şirkəti ekzoskeleti illik 100 min dollar olmaqla icarəyə verməyi planlaşdırır.

Xəbərlər departamenti

Gündəm