"İnsan ölümləri Ümumdünya Səhiyyə Təşkilatının, Çinin, BMT-nin vecinə deyil" - Politoloq
31.01.2020 06:36 Fikirlər

"İnsan ölümləri Ümumdünya Səhiyyə Təşkilatının, Çinin, BMT-nin vecinə deyil" - Politoloq

"MediaPost" xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli bildirib. O qeyd edib ki, koronavirusla bağlı qlobal miqyaslı fövqəladə vəziyyət elanı daha çox "Çinə mədhiyyədən ibarətdir".

"Bildirirlər ki, Çin heyrətamiz işlər görür, çox əla işləyir, təhlükə yalnız səhiyyəsi zəif ölkələr üçün ola bilər. Fövqəladə vəziyyət də məhz həmin ölkələr üçün var olan potensial təhlükəyə görə elan edilir, bu qərarın Çindəki vəziyyətlə əlaqəsi yoxdur. Bəyan edirlər ki, səyahətlərə, ticarət əlaqələrinə qadağa qoymağa da heç bir ehtiyac yoxdur...Bu adamlara Vuhana uçuş bileti alıb versələr və "buyurun, özünüz koronavirusun paytaxtına gedin və heç bir təhlükə olmadığını canlı yayında bütün dünyaya nümayiş etdirin" desələr, əminəm ki, heç biri getməz" - Ş.Cəfərli bildirib.

Ekspert hesab edir ki, siyasi sifarişdən irəli gələn bu cür qeyri-humanist və yalan açıqlama verməkdə məqsəd Çin iqtisadiyyatını qorumaqdır: "Virusun ümumilikdə qlobal iqtisadiyyata mənfi təsirlərini azaltmaqdır. İnsan ölümləri nə Ümumdünya Səhiyyə Təşkilatının, nə Çinin, nə də BMT-nin vecinədir".

Xəbərlər departamenti

Gündəm