İnsanların koronavirusu ən çox yoluxdurduğu zaman kəsiyi bəlli olub - ARAŞDIRMA
21.04.2020 09:35 Dünya

İnsanların koronavirusu ən çox yoluxdurduğu zaman kəsiyi bəlli olub - ARAŞDIRMA

Ekspertlər 21 yanvar-14 fevral tarixlərində Çinin Quançjou şəhərindəki 94 koronaviruslu xəstənin simptomlarının aşkarlandığı tarixdən etibarən 32 gün ərzində onların burun və boğazlarından aldıqları nümunələri araşdırıb.

“MediaPost” xəbər verir ki, sözügedən araşdırmanın nəticəsi “Nature Medicine” jurnalında yayımlanıb.

İnsanların koronavirusu ən çox yoluxdurduğu zaman kəsiyi bəlli olub - ARAŞDIRMA

Virus yoluxmağa simptomlar üzə çıxmadan 2 gün əvvəl başlayır

Əldə edilən nəticələrə virusun genetik miqdarının simptomların ortaya çıxdığı ilk gün daha çox olduğunu, sonrakı 21 gün ərzində azaldığını göstərir. Araşdırmaçıların fikrincə, bu müddət daşıyıcının infeksiyanın əvvəlində immunitet sistemi işə düşərək simptomları ortaya çıxarmazdan əvvəl virusu daha intensiv istehsal etdiyini göstərir. İnfeksiya mənbəyinin və virusun yoluxduğu şəxsin dəqiq müəyyənləşdiyi 77 xəstənin analizi insanların ən çox virusu nə vaxt yoluxdurduğunu hesablamağa imkan verib. Ekspertlər yoluxuculuq qabiliyyətinin simptomlar aşkarlanmazdan 2-3 gün əvvəl başladığını və xəstəlik özünü biruzə verməzdən 0.7 gün əvvəl pikk həddə çatdığını hesablayıb.

İnsanların koronavirusu ən çox yoluxdurduğu zaman kəsiyi bəlli olub - ARAŞDIRMA

Almaniyalı alimlər də bənzər nəticə əldə etmişdi

Bu nəticənin isə daha əvvəl almaniyalı elm adamlarının araşdırması ilə üst-üstə düşdüyü üzə çıxıb. Almanların araşdırması zamanı da virusun simptomlar aşkarlanmadan əvvəl ən intensiv şəkildə istehsal edildiyi müəyyən olunmuşdu.

Elm adamları koronaviruslu xəstələrin ağız və burunlarındakı virusun miqdarının kəskin respirator virus infeksiyası olan xəstələrdən təqribən 1000 dəfə çox olduğunu bildirib. Bu da yeni növ koronavirusun yoluxuculuq qabiliyyətinin nə üçün daha çox olmasını izah etməyə imkan verir.

Xəstəlik başlayandan 10 gün sonra virusun miqdarı azalır

Ümidverici məlumatlardan biri də xəstəliyin başlanğıcından 10 gün sonra virus miqdarının kəskin şəkildə azalmasıdır. Bu da immunitetin SARS-CoV-2-yə qarşı istehsal etdiyi antikorların çoxalan virusları öldürməsinə imkan verir.

Bundan əlavə, simptomların qabarıq üzə çıxdığı şəxslərin simptomları biruzə verməyən xəstələrdən daha çox virus yoluxdurduğu bəlli olub. Araşdırmanın bədbin tərəfi ondan ibarətdir ki, simptomlar özünü biruzə verəndə artıq infeksiya ağciyərlərə çatmış olur.

İnsanların koronavirusu ən çox yoluxdurduğu zaman kəsiyi bəlli olub - ARAŞDIRMA

İkinci dalğanın qarşısının alınması

Elm adamlarının gəldiyi nəticəyə görə, koronaviruslu xəstələrin izlənməsi və yoluxanların bir-bir müəyyənləşdirilməsi ikinci dalğanın qarşısının alınmasına təsir etməyə bilər. Çünki yoluxmaların 30%-dən çoxu simptomlar özünü göstərmədən baş verir. Epidemiyanın qarşısının alınması üçün virus daşıyıcılarının 90%-dən çoxu müəyyənləşdirilməlidir. Bu da toplu koronavirus testlərinin aparılması deməkdir.

Xəbərlər departamenti

Gündəm