"Instagram"dan yeni özəllik
06.08.2020 15:07 Gündəm Dünya

"Instagram"dan yeni özəllik

Məşhur sosial media platforması “Instagram” ötən ay “TikTok”a rəqib olacağını vurğuladığı “Reels” funksiyasını tanıtmışdı.

“MediaPost” xəbər verir ki, platforma sözügedən funksiyanı bu gün istifadəyə verib. Belə ki, istifadəçilər “Reels” ilə səs, effekt və yeni kreativ vasitələrdən istifadə edərək “TikTok”da olduğu kimi 15 saniyəlik videolar çəkə biləcək. 

“Reels” videosu paylaşıldığı zaman digər paylaşımlarda olduğu kimi istifadəçi adı görünəcək. Əgər hesab gizli olsa, videolar sadəcə izlənilən şəxslər tərəfindən görüləcək. 

Verilən məlumata görə, funksiya növbəti bir neçə həftə ərzində bütün tətbiq istifadəçiləri üçün əlçatan olacaq.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm