İntim partidə həyatını itirmiş şeyxin ölüm səbəbi məlum olub
12.12.2019 13:57 Hadisə

İntim partidə həyatını itirmiş şeyxin ölüm səbəbi məlum olub

Mediapost.az xəbər verir ki, İngiltərə məhkəməsi iyul ayında Londonda ölü tapılan Birləşmiş Ərəb Əmirlikləri şahzadəsi Şeyx Xalid ibn Sultan əl Qasiminin ölüm səbəbinin yüksək dozada narkotik vasitə olduğunu təsdiqləyib.

İngilis mətbuatı paytaxtda dəb sahəsində fəaliyyət göstərən şahzadənin mütəmadi olaraq narkotikdən istifadə etdiyini və seks işçiləri ilə vaxt keçirdiyini iddia edib.

Qasiminin cinsi münasibəti uzatmaq üçün yüksək miqdarda metanfetamin qəbul etməsi də sübuta yetib. Məhz bundan dolayı şahzadənin həyatını itirdiyi məhkəmədə təsdiqini tapıb.

İntim partidə həyatını itirmiş şeyxin ölüm səbəbi məlum olub

Məhkəminin təqdim etdiyi sənəddə ərəb şeyxin idmanla məşğul olduğu, lakin gündəlik həyatında tütün məhsullarından çox istifadə etdiyi də yazılıb.

Şahzadəni mənzilində ölü tapıb polisə xəbər verən isə evin xidmətçisi olub.

Ölüm səbəbi dəqiqləşdikdən sonra mətbuat şeyxin ailəsi ilə əlaqə saxlamaq istəsələr də, rədd cavabı alıblar. Eyni zamanda, ailənin heç bir üzvü məhkəmə prosesində iştirak etməyib.

Xatırladaq ki, şeyxin ölümündən sonra BƏƏ-də bütün bayraqlar endirilib və 3 gün yas elan edilib.

Xəbərlər departamenti

Gündəm