İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
12.01.2021 19:19 İqtisadiyyat

İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Bu gün Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə Holdinqin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən "MediaPost"a verilən məlumata görə, iclasda 2021-ci il ərzində Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək 17 Portfel Şirkətlərin rəhbərləri ilə görüş keçirilib və Prezidentin İlham Əliyevin 2020-ci il 5 noyabr tarixli Fərmanında şirkətlərə verilmiş tapşırığın icra vəziyyəti və digər cari məsələlər müzakirə edilib.

 

Xəbərlər şöbəsi

Gündəm