Maliyyə Nazirliyinin istiqrazları investorlara cəlbedici olmadı - Hərrac
10.11.2020 16:54 Maliyyə

Maliyyə Nazirliyinin istiqrazları investorlara cəlbedici olmadı - Hərrac

Maliyyə Nazirliyinin bu gün 10 noyabr 2020-ci il tarixində Bakı Fond Birjasında (BFB) 15 mln. manat həcmində, 3 illik (1092 gün) tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yarımçıq baş tutub.

"MediaPost" xəbər verir ki, hərrac zamanı 15 milyon manatlıq istiqrazları almaq üçün 6 investor tərəfindən qiyməti intervalı 93.9483 (9.8800%) və 100.0264 (7.4900%) olan 10 sifariş verilib. 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.9735  (7.5100%), orta ölçülmüş qiyməti 100.0124 (7.4953%) müəyyən edililib. 
Göründüyü kimi, investorlar  bu kağızlara daha yüksək gəlirlə (illik 9,9%) pul yatırmaq niyyətində idilər. Amma illik 7,5% gəlirlilik onları qane etməyib. Nəticədə, baxmayaraq ki, ümumi sifariş  həcmi 50 milyon manatdan çox olub, həraca çıxarılan 15 milyon manatlıq istiqrazdan cəmi 8,4 milyon manatı satılıb.

Rahim Tarıverdiyev

Gündəm