"iPhone" istehsalçısı Çin üçün tibbi maska hazırlayacayaq
07.02.2020 19:52 Dünya

"iPhone" istehsalçısı Çin üçün tibbi maska hazırlayacayaq

“Report” xarici mətbuata istinadən xəbər verir ki, şirkət ilk mərhələdə işçilərinin tələbatını ödəmək üçün təxminən 1 milyon tibbi maska istehsal edəcək.

Məlumata görə, koronavirusun yayılması ilə Çində tibbi maska tapmaq getdikcə çətinləşir. Məhz bundan sonra Çinin nəhəng şirkətləri epidemiyaya qarşı mübarizəyə dəstək verməyə başlayıb.

Qeyd edək ki, fevralın sonuna qədər 2 milyon tibbi maska istehsal etməyi planlaşdıran “Faxconn” sosial media platformasından yayımladığı yazılı açıqlamada: “Virusa qarşı nə qədər tez tədbirlər görsək, virusun yayılmasının qarşısını o qədər tez ala bilərik. Beləliklə, daha çox insanı xilas etmiş olarıq.”

"MediaPost"

Xəbərlər departamenti

Gündəm