İqtisadiyyat Nazirliyinə 16 502 fərdi sahibkar müraciət edib
14.04.2020 11:55 İqtisadiyyat

İqtisadiyyat Nazirliyinə 16 502 fərdi sahibkar müraciət edib

Azərbaycan Prezidentinin bu il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər planına əsasən, aprelin 14-nə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 10 914 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 16 502 fərdi (mikro) sahibkar, ümumilikdə 27 416 vergi ödəyicisi müraciət edib.

Bu barədə “MediaPost”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilir ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 10 914 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 124 510 nəfərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 78 068 işçini əhatə edən 8 487 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiq edilib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 33,78 mln manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 16,9 mln manat təşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2 636 vergi ödəyicisinə 24 463 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 5,31 mln manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 16 502 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15 689 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 15,48 mln manat təşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 3,53 mln manat vəsaitin 3 041 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, müraciətlərin operativ qaydada araşdırılması üçün müvafiq işçi heyət intensiv olaraq çalışır və bu barədə ictimaiyyətə gündəlik məlumat veriləcəkdir. Maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Xatırladaq ki, maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısı İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yerləşdirilir və mütəmadi olaraq yenilənir.

Muzdlu işçilərə əmək haqqının m üəyyən hissəsinin ödənilmə si üzrə hesabat (14.04.2020 il tarixinə)
Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği215,0 milyon manat
Müraciət etmiş vergi ödəyicilərinin sayıVergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı10.914 vergi ödəyicisi124.510 nəfər
Maliyyə dəstəyinin məbləğio cümlədən, 1-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin məbləği (50%)33.780,4 min manat16.890 , 2 min manat
Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı2.636 vergi ödəyicisi
Həmin vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı24.463 nəfər
Ödənilmiş vəsaitin məbləği5.317,7 min manat
F ərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üzrə hesabat(14.04.2020 il tarixinə)
Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği80 ,0 milyon manat
Müraciət etmiş vergi ödəyicilərinin sayı16.502vergi ödəyicisi
Müraciəti araşdırılmış vergi ödəyicilərinin sayıMaliyyə dəstəyinin məbləği15 . 689 vergi ödəyicisi15483 , 7 min manat
Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı3.041 vergi ödəyicisi
Ödənilmiş vəsaitin məbləği3.530,9 min manat

Xəbərlər departamenti

Gündəm