İranda aksiya keçirilib: "Yalançı, aşağı en!"
09.11.2020 17:55 Dünya

İranda aksiya keçirilib: "Yalançı, aşağı en!"

İran Fond Birjasının onlarla qurbanı Tehran Fond Birjası binasının qarşısına toplaşaraq etiraz aksiyası keçirib.

"MediaPost" xəbər verir ki, nümayişçilər hökumət rəhbərlərini və Məclis sədri Məhəmməd Bakir Kalibafı hədəf alaraq "bizim pullarımızla nə etdi?" və "yalançı, aşağı en!" tipli şüarlar səsləndirib. 

Prezident Həsən Ruhani 6 avqustda - birjanın kəskin enməsindən 3 gün əvvəl verdiyi açıqlamada cəmiyyəti birjaya investisiya qoymağa təşviq etmişdi: "Bazar statistikasına görə, önümüzdəki günlərdə birjanın vəziyyəti daha yaxşı olacaq. İnsanlar bütün mülkünü fond birjasına yatırmalıdır".

9 Avqustda enən İran Fond Birjası indeksinin bu günə qədər 36% endiyi bildirilib.

Anara Mikail

Gündəm