İran ABŞ gəmilərini atəşə tutacağına söz verib
23.04.2020 14:30 Dünya

İran ABŞ gəmilərini atəşə tutacağına söz verib

“MediaPost” xəbər verir ki, bunu İslam İnqilabı Keşikçilər Korpusunun (IRGC) komandiri Hüseyn Salami ABŞ lideri Donald Trampın təhdidlərinə cavab olaraq bildirib.

O qeyd edib ki, ABŞ hərbi gəmiləri İran hərbi və mülki gəmilərinə təhlükə yaradacağı təqdirdə, İran dəniz qüvvələrinə zərbə endirmək əmrini verib.

Xatırladaq ki, 22 aprel tarixində ABŞ prezidenti Donald Tramp ABŞ gəmilərinə təhlükə yaradacaq İran silahlı gəmilərinin məhv edilməsi barədə hərbi dəniz qüvvələrinə təlimat verdiyini bildirib: "ABŞ Hərbi Dəniz Qüvvələrinə göstəriş verdim ki, İran gəmilərimizi su üzərində təqib etsə, onların gəmilərini məhv etmək üçün atəş açsınlar".

Məlumat üçün bildirək ki, bir müddət əvvəl İran ilk hərbi peykini kosmosa buraxıb. İranın bundan öncə ki, kosmosa raket buraxmaq cəhdi uğursuz olmuşdu. İslam Respublikasının kosmosa peyk buraxması, hərbi kosmik raketlərini gizlətmək üçün bir örtük olduğu iddia olunur. İran hakimiyyəti isə bu iddiaları rədd edir.

Xəbərlər departamenti

Gündəm