"İran ABŞ-la məhbusların mübadiləsinə hazırdır" - Cavad Zərif
22.09.2020 00:17 Dünya

"İran ABŞ-la məhbusların mübadiləsinə hazırdır" - Cavad Zərif

İran ABŞ-la məhbusların dəyişdirilməsinə hazırdır.

“RİA Novosti” xəbər verir ki, bunu “Beynəlxalq Münasibətlər Komitəsi” platformasında çıxış edən zaman ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“Biz ABŞ-la məhkumların universal qaydada mübadiləsinə hazırıq. Söhbət İran vətəndaşlarından gedir. Amerika həbsxanalarında yalnız ölkələrinə xəyanət etməkdən boyun qaçırdıqları üçün saxlanılan vətəndaşlar var. Buna görə də təkrar edirəm: bütün məhbusları dəyişə bilərik”, - Zərif belə deyib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm