İran: “ABŞ yaxın günlərdə etiraf etməyə məcbur qalacaq”
08.02.2020 06:52 Xarici siyasət

İran: “ABŞ yaxın günlərdə etiraf etməyə məcbur qalacaq”

“MediaPost”un xəbərinə görə, bunu İran Baş Qərargahının sözçüsü Əbülfəzl Şikarçi deyib. O, hücumdan əvvəl İraqa məlumat verdiklərini açıqlayıb:

“İraqın Baş naziri əməliyyata 15 dəqiqə qalmış məlumatlandırılıb, çünki biz işğalçı deyilik. Amerikalılar məlumat vermədi, onlar onsuz da hazır idi, çünki intiqam alınacağını bilirdilər. Hər halda biz onlara böyük ziyan vurmuşuq. Onlar gələcək günlərdə bunu etiraf etmək məcburiyyətində olacaq, ağır itkilərini gizli saxlaya bilməyəcəklər”.

Xatırladaq ki, bundan əvvəl ABŞ Müdafiə Nazirliyi İranın İraqdakı ABŞ hərbi bazasına etdiyi ballistik raket hücumu zamanı 64 ABŞ əsgərinin beynindən travma aldığını açıqlayıb.

Billurə Yunus

Xəbərlər departamenti

Gündəm