İran Britaniya ilə münasibətləri konsulluq səviyyəsinə endirməyə hazırlaşır
19.01.2020 09:56 Xarici siyasət

İran Britaniya ilə münasibətləri konsulluq səviyyəsinə endirməyə hazırlaşır

APA-nın Tehran bürosunun məlumatına görə, 23deputatın imzaladığı layihə bu gün İran parlamentinin Rəyasət Heyətinə təqdim olunub.

Parlamentdə müzakirəyə çıxarılacaq layihədə İran və Böyük Britaniya arasında diplomatik əlaqələrinkonsulluq səviyyəsinə endirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bir müddət öncə Britaniya səfiri İranda keçirilən etiraz aksiyasının təşkilində və aksiyada iştirakda günahlandırılıb. İran bununla əlaqədar Britaniyaya iki etiraz notası göndərib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm