İran hökuməti: “Ukraynaya məxsus təyyarənin raketlə vurulması bizdən gizlədilib”
13.01.2020 14:54 Xarici siyasət

İran hökuməti: “Ukraynaya məxsus təyyarənin raketlə vurulması bizdən gizlədilib”

"MediaPost"un İran Dövlət Televiziyasına istinadən məlumatına görə, Əli Rəbii paytaxt Tehranda təşkil etdiyi mətbuat konfransında “biz yalançılıq və hadisəni gizlətməkdə günahladırılırıq. Əslində, vəziyyət göründüyü kimi deyil. Yalan danışmırıq, sadəcə bizdən məlumat gizlədilib”, - deyib.

Belə ki, ölkə başçısı H.Ruhani də daxil olmaqla digər hökumət üzvlərinə təyyarənin hava müdafiə sistemi tərəfindən səhvən vurulduğu ilə bağlı məlumatı cümə günü, günortadan sonra verildiyi qeyd edilir.

“Ruhani mövzudan xəbərdar olan kimi dərhal Beynəlxalq Təhlükəsizlik Şurasını iclasa çağırdı və hadisə ilə bağlı açıqlama yayımladı. İnqilab keşikçiləri hava qüvvələri generalı Əmir Əli Hacızadə mövzudan çərşənbə günü xəbərdar olduğunu və yuxarı dairələrə bu barədə məlumat verdiyini açıqlayıb. Yuxarı dairələr də bu məsələni araşdırmağı üstün tutublar”, - Ə.Rəbii söyləyib.

O, hadisənin gec bildirilməsinə görə təəssüfləndiklərini, hadisənin mövcud qurumlar arasındakı rabitənin zəifliyi ilə əlaqələndirib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm