İran ilk dəfə elektromobil istehsal edib
19.02.2020 12:05 İqtisadiyyat

İran ilk dəfə elektromobil istehsal edib

“MediaPost” Azərtac-a istinadən xəbər verir ki, İranın “Iran Khodro Powertrain Company” şirkəti istehsal etdiyi “Rana” adlı elektromobili ictimaiyyətə təqdim edib. Bu avtomobil 30 kilovat/saat enerji ehtiyatı ilə 220 kilometr məsafəni qət etmək imkanına malikdir.

Şirkətin nümayyəndəsi bildirib ki, istehsal prosesində istifadə olunan cihazların 50 faizi İrana məxsusdur. Qeyd olunub ki, şirkət İranın digər avtomobil istehsalçısı olan “Saipa” qrupu ilə birgə yeni elektromobillərin kütləvi istehsalına başlayacaq. Yeni elektromobillərin qiyməti adi avtomobillərdən baha olacaq.

Xəbərlər departamenti

Gündəm