İran növbəti hücuma hazırlaşdığını bəyan edib
08.01.2020 09:56 Xarici siyasət

İran növbəti hücuma hazırlaşdığını bəyan edib

"MediaPost" xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri deyib.

Bundan əlavə, İranın ali lideri Seyid Əli Xamenei İraqdakı ABŞ bazalarına endirilən zərbələrlə bağlı danışıb:

"Biz addımlarımızı atmağa davam edəcəyik. Dünən onlara sillə vuruldu, lakin intiqam başqa məsələdir. ABŞ-ın regiondakı fəsad yaradan iştirakına son qoymaq lazımdır. İranda İslam İnqilabının artıq bitdiyini deyənlərin yanlışlığa yol verir. İnqilab yaşayır və ölməyib. İranın silahlı qüvvələri intiqam üçün bu hücumla kifayətlənməyəcək".

Xatırladaq ki, İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, ABŞ-ın İraqdakı aviabazasına raket zərbəsi endirib. Məlumata görə, bazanın ərazisinə 9 raket atılıb. Birləşmiş ştatlar xəbəri təsdiqləyib.

ABŞ-ın İraqdakı obyektlərinə zərbələr general Qasım Süleymaninin qisası üçün endirildiyi bildirilib.

Xəbərlər departamenti

Gündəm