İran parlamenti ABŞ əleyhinə qərar qəbul edib
07.01.2020 10:56 Xarici siyasət

İran parlamenti ABŞ əleyhinə qərar qəbul edib

Bu barədə Trend IRNA-ya istinadən məlumat verib.

Qərara əsasən, gələn 2 ay ərzində İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qüvvələrinə İranın Milli İnkişaf Fondundan 200 milyon avro dəyərində vəsait ayrılacaq.

Parlamentdə çıxış edən İran parlamentinin spikeri Əli Laricani bildirib ki, ABŞ-ın Müdafiə Nazirliyi Pentaqonun bütün üzvləri, onlara bağlı bütün qurumlar və şirkətlər terrorçu hesab olunurlar.

Ə.Laricani əlavə edib ki, ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) və bu komandanlığın ixtiyarında olan bütün qüvvələr və təşkilatlar terrorçu hesab olunurlar.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm