İran parlamentinin deputatı Trampın başına 3 milyon dollar qoyub
"MediaPost"un "Reuters"ə istinadən verdiyi xəbərə görə Həmzə İran Məclisindəki çıxışı zamanı: "Trampı kim öldürsə, Kirman xalqı adına ona 3 milyon dollar verəcəyik", – deyə açıqlama verib.
Həmzə verilən qərarın dini liderlər tərəfindən təsdiq olunub-olunmadığı barəsində məlumat verməyib.
Kirman 3 yanvar tarixində ABŞ ordusu tərəfindən öldürülən Qasım Süleymaninin doğulduğu yer olduğu bildirilir.
"MediaPost"