İran parlamentinin üzvü: “İran nüvə silahına sahib olacağı təqdirdə qoruna biləcək”
21.01.2020 14:25 Xarici siyasət

İran parlamentinin üzvü: “İran nüvə silahına sahib olacağı təqdirdə qoruna biləcək”

“MediaPost” Reuters”ə istinadən xəbər verir ki, bu sözləri iranlı millət vəkili parlamentdə verdiyi açıqlamada söyləyib. Deputat İranın "qeyri-ənənəvi" başlıqlarla raket istehsalına başlamasının lazım olduğunu da əlavə edib.

"Bu gün nüvə silahımız olsaydı, biz təhdidlərdən qorunardıq... Döyüş başlıqlarını daşıya biləcək uzun mənzilli raketlərin istehsalını gündəlikdə saxlamalıyıq. Bu bizim təbii hüququmuzdur", - deyə deputat bildirib.

Xatırladaq ki, İran din xadimləri ölkənin nüvə proqramının yalnız dinc məqsədlərə xidmət etdiyini bəyan etsələr də, Qərb uzun müddətdir ki, Tehranı məhz nüvə silahını inkişaf etdirməkdə ittiham edir.

Məlumatı İranın ISNA informasiya agentliyi yayıb.

Coşqun Əli

Xəbərlər departamenti

Gündəm