İran Prezidenti dinc aksiyaçıları azad etməyə çağırıb
04.12.2019 14:10 Siyasət

İran Prezidenti dinc aksiyaçıları azad etməyə çağırıb

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Prezidenti televiziyada çıxışında bildirib.

O qeyd edib ki, dinc şəkildə etiraz edərkən saxlanılan, silahsız olan şəxslərə mərhəmət göstərilməli və onlar azadlığa buraxılmalıdırlar.

Xatırladaq ki, noyabrın 15-də gecə İranda davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, benzinin qiyməti qaldırılıb. İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub. Aksiyalar zamanı polislə qarşıdurmalar da qeydə alınıb. Etirazçılar yollarda təkərlər yandırıb, avtomobillərin hərəkətinə əngəllər törədiblər. İranın Tehran əyalətində benzinin bahalaşması ilə bağlı baş verən iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 nəfər əməkdaşı öldürülüb. İğtişaşların təşkilində təqsirli bilinən şəxslər həbs olunub.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm