İran qoşunu Britaniyanın səfirliyinin bağlanmasını tələb edib
13.01.2020 06:10 Xarici siyasət

İran qoşunu Britaniyanın səfirliyinin bağlanmasını tələb edib

“Report”un məlumatına görə, bu barədə “Asharq Al-Awsat” qəzeti bildirib.

İnformasiyaya görə, aksiya iştirakçıları Britaniyanın İran paytaxtındakı diplomatik nümayəndəliyinin təcili bağlanmasını tələb ediblər. Səfirlik qarşısında toplaşan "Basij" üzvləri Böyük Britaniyanın islam respublikasının daxili işlərinə müdaxiləsini dayandırmaq tələbi ilə şüarlar səsləndiriblər.

"Basij" xalq qoşunu yarımhərbi könüllülər təşkilatdır. Üzvləri qanuna və dini normalara riayət etməyə nəzarəti həyata keçirirlər. "Basij" təxminən 10 milyon nəfərdən ibarətdir.

Adıçəkilən qoşun İran İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibinə daxildir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm