İran rəsmisi etiraz zamanı çoxlu insanın öldürüldüyünü etiraf edib
11.12.2019 14:44 Siyasət

İran rəsmisi etiraz zamanı çoxlu insanın öldürüldüyünü etiraf edib

Mediapost.az BBC-nin Fars redaksiyasına istinadən bildirir ki, Əmir Hüseyni Qəzizadə Haşimi Mahşahrda tələbələrin qarşısında çıxış edərkən etirazçıların "şəhərin əsas infrastrukturuna zərər vurmaq istədiklərini" söyləyib.

Prezident Həsən Ruhaninin Mahşəhrdəki nümayəndəsi Mahmud Vaezi də silahlıların polisə və insanlara atəş açdığını bildirib: "Bəzi qətlləri eyni insanlar törədib".

Beynəlxalq Amnesty International təşkilatı İranda noyabrda başlayan etiraz aksiyaları zamanı 207 adamın öldürüldüyünü bəyan edib.

Kamran Nasir

Xəbərlər departamenti

Gündəm