İran vətəndaşları Qasım Süleymani ilə vidalaşır - FOTOREPORTAJ
06.01.2020 09:46 Cəmiyyət

İran vətəndaşları Qasım Süleymani ilə vidalaşır - FOTOREPORTAJ

"Report" İRNA-ya istinadən xəbər verir ki, Tehran Universitetində təşkil olunan mərasimə İranın ali rəhbəri Ayətullah Əli Xamenei, prezident Həsən Ruhani, hökumət üzvləri və din xadimləri qatılıb.

Burada Ayətullah Əli Xameneinin rəhbərliyi ilə cənazə namazı qılınıb.

Yüzminlərlə İran vətəndaşı Q.Süleymani ilə vidalaşmaq üçün meydanlara toplaşıb.

Qeyd edək ki, Q.Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm