İran Xarici İşlər naziri Rusiyaya səfər edəcək
21.09.2020 13:59 Dünya

İran Xarici İşlər naziri Rusiyaya səfər edəcək

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif 24 sentyabrda Rusiyaya səfər edəcək.

"MediaPost" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya Departamentinin direktoru Zamir Kabulov məlumat yayıb. O, Cavad Zərifin Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşəcəyini qeyd edib. 

Bildirilib ki, görüş zamanı ikitərəfli münasibətlər, regional problemlər və Birgə Hərtərəfli Fəaliyyət Planı ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, Zərif son dəfə 21 iyulda Moskvaya səfər edib.

Anara Mikail

Gündəm