İranda 2 nəfərin koronavirusdan ölməsi əhalini təşvişə salıb - FOTOLAR
20.02.2020 16:34 Dünya

İranda 2 nəfərin koronavirusdan ölməsi əhalini təşvişə salıb - FOTOLAR

"MediaPost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tehran küçələrində insanlar artıq qoruyucu maskalarla gəzməyə başlayıb. Digər tərəfdən Qum və Arak şəhərlərində Covid-19 şübhəsi ilə karantinə götürülən daha 3 nəfərdə də koronavirusun aşkarlanması hökuməti hərəkətə keçirib. Prezident Həsən Ruhaninin təlimatı ilə “Koronavirusun qarşısının alınması və mübarizə mərkəzi” yaradılıb.

Mərkəzə Səhiyyə, Daxili İşlər, Turizm, Nəqliyyat nazirlikləri, Silahlı Qüvvələrin təmsilçiləri qatılıb.







Xəbərlər departamenti

Gündəm