İranda COVID-19 qurbanlarının sayı 37 mini ötdü
06.11.2020 16:48 Dünya

İranda COVID-19 qurbanlarının sayı 37 mini ötdü

İranda son sutkada daha 424 nəfər koronavirus səbəbindən həyatını itirib.

“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölənlərin sayı 37.409-a, virusa yoluxanların sayı isə 8.864 nəfər artaraq 663.800-ə çatıb.

Qeyd edilib ki, virusa yoluxanlardan 509.952 nəfər sağalıb, 5.495 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm