İranda COVID-19 qurbanlarının sayı 40 minə çatır
11.11.2020 16:14 Dünya

İranda COVID-19 qurbanlarının sayı 40 minə çatır

İranda son sutkada daha 462 nəfər koronavirus səbəbindən həyatını itirib.

“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölənlərin sayı 39.664-ə, virusa yoluxanların sayı isə 11.780 nəfər artaraq 715.068-ə çatıb.

Qeyd edilib ki, virusa yoluxanlardan 536.015 nəfər sağalıb, 5.601 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm