İranda COVID-19 qurbanlarının sayı 40.582-yə çatıb
13.11.2020 16:42 Dünya

İranda COVID-19 qurbanlarının sayı 40.582-yə çatıb

İranda son sutkada daha 461 nəfər koronavirus səbəbindən həyatını itirib.

“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölənlərin sayı 40.582-yə, virusa yoluxanların sayı isə 11.737 nəfər artaraq 738.322-yə çatıb.

Qeyd edilib ki, virusa yoluxanlardan 546.642 nəfər sağalıb, 5.630 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm