İranda COVID-19 qurbanlarının sayı 57 mini ötüb
20.01.2021 15:54 Dünya

İranda COVID-19 qurbanlarının sayı 57 mini ötüb

İranda son sutkada daha 84 nəfər koronavirus səbəbindən həyatını itirib.

“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölənlərin sayı 57.057-yə, virusa yoluxanların sayı isə 5.917 nəfər artaraq 1,348,316-ya çatıb.

Qeyd edilib ki, virusa yoluxanlardan 1,137,812 nəfər sağalıb, 4.214 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm