İranda COVID-19 qurbanlarının sayı 59.899-a çatıb
İranda son sutkada daha 69 nəfər koronavirus səbəbindən həyatını itirib.
“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölənlərin sayı 59,899-a, virusa yoluxanların sayı isə 8.103 nəfər artaraq 1,615,184-ə çatıb.
Qeyd edilib ki, virusa yoluxanlardan 1,379,922 nəfər sağalıb, 3.720 nəfərin vəziyyəti ağırdır.