İranda COVID-19 qurbanlarının sayı 60.353-ə çatıb
03.03.2021 16:26 Dünya

İranda COVID-19 qurbanlarının sayı 60.353-ə çatıb

İranda son sutkada daha 86 nəfər koronavirus səbəbindən həyatını itirib.

“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölənlərin sayı 60,353-ə, virusa yoluxanların sayı isə 8.525 nəfər artaraq 1,656,699-a çatıb.

Qeyd edilib ki, virusa yoluxanlardan 1,413,717 nəfər sağalıb, 3.747 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm